"Neftçi"dən hələ rəsmi təklif gəlməyib, onunla Belarus klubu maraqlanıb"

29 Dekabr 2020 20:20 Qəbələ 1 483
"Neftçi"dən hələ rəsmi təklif gəlməyib, onunla Belarus klubu maraqlanıb"

"Ceyms Adeniyinin müqavilə şərtlərini yerinə yetirməklə bağlı bir balaca çətinlik yaşayırıq.

Amma hazırda onunla bağlı "Neftçi"dən bizə hələlik heç bir rəsmi təklif gəlməyib".

Bu sözləri Sportinfo.az-a "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.

Klub rəsmisi nigeriyalı hücumçuya görə şifahi danışıq apardıqları klubun olmasını dilə gətirib: "Yerli yox, amma şifahi olaraq bir Belarus klubu onunla maraqlanırdı".

O, komandada kiminsə getməsinin gözlənilmədiyini və yeni transferlərin də Adeniyinin durumuna bağlı olduğunu bildirib:

"Həm "Qəbələ"ni, həm də Ceymsi razı salan bir təklif olmasa, o, məcburən komandada qalacaq. Hansı şəkildə razılaşacağıq, o artıq danışılacaq.

İndiki məqamda gələn təklifləri dəyərləndirməklə məşğul olacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti