"Qəbələ" ev üzü görməyəcək

28 Dekabr 2020 23:00 Qəbələ 873
"Qəbələ" ev üzü görməyəcək

“Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.

Elmar Baxşıyevin baş məşqçilik etdiyi komanda məşqlərini Bakıda gerçəkləşdirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonrakı matçdakı rəqib “Sumqayıt” olacaq.

Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” 14-cü turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM