PSJ-nin yetirməsi ayağını ayağının üstünə aşırdı və "Qəbələ"dən…

28 Dekabr 2020 16:00 Qəbələ 1 309
PSJ-nin yetirməsi ayağını ayağının üstünə aşırdı və "Qəbələ"dən…

«Qəbələ»nin hücumçusu Nikolas Raysel klub rəhbərliyi qarşısında yeni məsələ qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın geridə qalan hissəsində 2 qol vuran fransalı legioner gələn aydan etibarən maaşının artırılmasını tələb edib.

Ötən mövsümdən etibarən ölkəmizdə çıxış eləyən PSJ-nin yetirməsi müxtəlif təkliflər alıb, odur ki, «Qəbələ»də qalması üçün əməkhaqqına «zam» istəyir.

Raysel keçən sezon «Qəbələ»nin ən yüksək ödənişli əcnəbi futbolçularından biri idi. Ayda 8000 dollar məvacib alırdı.

Yayda maliyyə şərtlərində güzəştə getdi və 1 illik yeni müqavilə imzaladı. İndi isə…

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti