"AFFA-dan iş istədim, mənə dedilər ki, gözlə"

27 Dekabr 2020 17:40 Qəbələ 1 624
"AFFA-dan iş istədim, mənə dedilər ki, gözlə"

«Ötən müddət ərzində iş üçün bir-iki dəfə AFFA-ya müraciət etmişəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin sabiq məşqçisi Azər Bağırov deyib.

Yayda əyalət klubundan ayrılan «Pro» kateqoriyalı mütəxəssis bu müddətdə real təklif almadığını bildirib:

«AFFA-dan mənə deyiblər ki, gözlə. Təklifin haradan gəlməsinin elə bir fərqi yoxdur. Əsas ldur ki, orada perspektiv görüm.

Premyer Liqa, I Divizion, milli komandaların birində… Akademiya sahəsində də çalışaram. Normal, gələcəyi olan iş yeri olsun.

Hazırda bir menecerlə danışıram. Şans yaransa, ölkə xaricinə çıxacam. Başqa ölkələrin birində işləmək də mənə maraqlı gəlir. Hər halda «Pro» kateqoriyam var, savadıma və təcrübəmə güvənirəm.

Koronavirus pandemiyası hamıya pis təsir edib. Bilmirsən bu xəstəlik nə vaxt qurtaracaq. Bəzən elə vəziyyət yaranır ki, heç iş haqda da düz-əməlli fikirləşə bilmirsən».

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM