"Əlimdə transfer siyahısı yoxdur" - "Qəbələ"nin baş məşqçisi

27 Dekabr 2020 15:00 Qəbələ 801
"Əlimdə transfer siyahısı yoxdur" - "Qəbələ"nin baş məşqçisi

"Nurlan Novruzov və Amid Quluzadənin marağımızda olması barədə bizlər də mətbuatdan oxuyuruq.

Amma transfer çalışmalarına hələ başlamamışıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Baxşıyev əlində transferlərlə bağlı hansısa siyahı olmadığını bildirib: "Əlimdə yerli və ya əcnəbi olacaq deyə bir siyahı yoxdur. Yalnız ön xəttə bir transferin olması üçün rəhbərliklə danışmışıq. Axtarışımız davam edir".

Gənc mütəxəssis kiminsə göndərilməyəcəyini və komandanın bu heyətlə yola davam edəcəyini sözlərinə əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti