Avroliqala 4 komanda “Qarabağ”ın paxıllığını çəkir - Ən zəiflərin ən güclüsü

28 Noyabr 2020 00:42 Qarabağ 605
Avroliqala 4 komanda “Qarabağ”ın paxıllığını çəkir - Ən zəiflərin ən güclüsü

Avropa Liqasının qrup mərhələsində II dövrə start götürüb.

Sportinfo.az xəbər verir ki, İ qrupunda keçirdiyi hər dörd qarşılaşmada uduzan “Qarabağ”ın xal həsrəti davam edib.

Ağdam təmsilçisi qrup mərhələsində xal toplamayan 5 komandadan biridir. 48 iştirakçıdan yalnız beşi hər dörd görüşdə uduzub.

İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1, Türkiyədə İspaniya “Vilyarreal”ına 1:3, yerli “Sivasspor”a 0:2 və 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu görüşlərdə 3 qol vurub, 9-nu buraxıb. Təmsilçimiz xalı olmayanlar arasında top fərqinə görə 1-cidir.

IV turda “Zarya” (Ukrayna) və “Standard” (Belçika) ilk xallarını qazanaraq bu siyahıdan çıxmağı bacarıblar.

“Qarabağ” isə “Dandolk”, “Riyeka”, “Gent” və “Lüdoqorets”lə birlikdə turnirin ən zəiflərindəndir. Azərbaycan çempionu ümumi göstəricilərinə görə 48 komanda arasında 44-cüdür.

İ

Qarabağ (Azərbaycan)

4

0

0

4

3-9

0

B

Dandolk (İrlandiya)

4

0

0

4

5-12

0

F

Riyeka (Xorvatiya)

4

0

0

4

2-9

0

L

Gent (Belçika)

4

0

0

4

2-9

0

J

Lüdoqorets (Bolqarıstan)

4

0

0

4

5-13

0

Digər Xəbərlər
Xəbər Lenti