Qurban Qurbanov: "Məğlubiyyətə üzülürəm, dəyişiklik edə bilmirik"

27 Noyabr 2020 00:30 Qarabağ 918
Qurban Qurbanov: "Məğlubiyyətə üzülürəm, dəyişiklik edə bilmirik"

“Futbolçularım qələbə qazanmaq üçün hər şeyi etdilər”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda “Sivasspor”la keçirilən oyun barədə danışarkən deyib.

İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda baş tutan matçda rəqibinə 2:3 hesabı ilə məğlub olan Azərbaycan çempionunun qrupda qalacağı dəqiqləşib.

Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Mübarizə aparsaq da, məğlub olduq. Futbolda belə hallar olur. “Sivasspor”u təbrik edirəm. Yaxşı bir matçda qələbə qazandılar. Məğlubiyyətə üzülürəm. “Sivasspor”a digər görüşlərdə uğurlar arzulayıram”.

Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: “Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da