"Vilyarreal"la matça qələbə üçün çıxacağıq, ancaq məğlub da ola bilərik"

29 Oktyabr 2020 11:48 Qarabağ 453
"Vilyarreal"la matça qələbə üçün çıxacağıq, ancaq məğlub da ola bilərik"

"Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi".

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın legioneri Xayme Romero bu gün Avropa Liqasının II turunda "Vilyarreal"a qarşı keçirəcəkləri görüş barədə danışıb.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, həmyerliləri ilə matç ağır keçəcək: "Qarşılaşma əvvəllər heç vaxt oynamadığımız stadionda olacaq. "Vilyarreal" qrupun favoritidir.

Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qələbə üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti