"Qarabağ" Kipr yolunda - Hava limanından FOTOLARR

15 Sentyabr 2020 12:02 Qarabağ 1 536
"Qarabağ" Kipr yolunda  - Hava limanından FOTOLARR

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəyi matç üçün Kiprə yola düşüb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi çarter reysi ilə oyunun keçiriləcəyi Larnaka şəhərinə yollanıb.

Bu gün Bakı vaxtı ilə saat 20:15-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Ölkə çempionu saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Rəqib komandanın baş məşqçisi Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıqlarını tamamlayacaq.

Sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda