UEFA "Qarabağ"ın yeni transferini ulduzlarla eyni sıraya qoydu

5 Avqust 2020 14:22 Qarabağ 1 667
UEFA "Qarabağ"ın yeni transferini ulduzlarla eyni sıraya qoydu

UEFA 2019/2020 mövsümündə avrokubokların qalan bölümünün bərpası ərəfəsində qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda "Qarabağ"ın yeni transferi Uroş Matiç də var.

Kipr APOEL-i ilə müqaviləsi başa çatdıqdan sonra Ağdam təmsilçisinə keçən serbiyalı yarımmüdafiəçinin aktivində 4 qol ötürməsi var.

30 yaşlı oyunçu bu göstərici ilə İngiltərə "Mançester Yunayted"indən Brunu Fernandeş, "Mançester Siti"dən Riyad Mahrez, Fransa PSJ-sindən Kilian Mbappe və Anxel Di Mariya, Almaniya "Bavariya"sından Koranten Tolisso və "Liverpul"dan Roberto Firmino ilə birlikdə 3-cü pilləni bölüşdürür.

Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"sından Qaleno başçılıq edir. İkinci sırada Niderland "Ayaks"ını İngiltərənin "Çelsi" klubuna dəyişən Hakim Ziyeş (5 məhsuldar ötürmə) qərarlaşıb.

Koronavirus pandemiyası səbəbindən təxirə salınmış avrokuboklarda 2019/2020 mövsümü bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçları ilə bərpa olunacaq. Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti