Rəşad Sadıqov özündən sonra “Qarabağ”da kimi lider görür?

22 İyun 2020 12:02 Qarabağ 950
Rəşad Sadıqov özündən sonra “Qarabağ”da kimi lider görür?

“Qarabağ”da yetərincə lider var“.

Sportinfo.az xəbər verir ki, bunu futbolçu karyerasını başa vuran Rəşad Sadıqov deyib.

Yaşıl meydanlarla 38 yaşında vidalaşan müdafiəçi bundan sonra “Qarabağ”da lider kimi hansı futbolçunu görür?

Sitat: “Qarabağ”ın heyətində Maksim kimi lider var, Qara var, əvvəl Riçard var idi. Çox oyunçunu qeyd edərdim. Yerlilərdən Qara ilə Maksim mən meydanda olanda, öz liderlik keyfiyyətlərini ortaya qoyublar.

Bəzi futbolçularda bu məqam çox gözə girir, bəzilərində daha az – məşqdə, komanda pis gedəndə, soyunub-geyinmə otağında və s. Bunu Qara da edib, Maksim də edib, əvvəllər Almeyda da. İndi lider futbolçularımız var”.

Digər Xəbərlər
Xəbər Lenti