
“Neftçi”nin nəticələrindən xəbərdaram.
Bu dəfə də avrokuboklardan kənarda qaldı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Makedoniya millisinin sabiq futbolçusu Slavço Georgievski deyib.
2010-2012-ci illər aralığında “ağ-qaralar”ın formasını geyinən, burada iki dəfə çempionluq sevinci yaşayan keçmiş yarımmüdafiəçi vaxtilə şərəfini qoruduğu komandanın nəticələrini ürək ağrısı ilə izləyir.
Slavço hazırkı nəticələrdən üzüldüyünü desə də, gələcəyə inamla baxdığını vurğulayıb:
“Neftçi” titulsuz, medalsız qalanda ürəyim ağrıyır. Bu da növbəti biabırçılıq oldu.
Çempionat başa çatmayıb, “Qarabağ” “Neftçi”ni azı 30 xal qabaqlayır.
Şanlı klubun keçmiş futbolçusu kimi buna görə çox utanıram. Nə olursa olsun, mən “Neftçi”liyəm.
Ümid edirəm ki, hər şey yaxşı olacaq. Sadəcə, klubda elə adamlar işləməlidir ki, ilk növbədə uğur qazanmağı istəsinlər, pul qazanmağı yox.
İş olan yerdə nəticə də olur. Nəticə olanda isə pul özü səni tapır.
“Neftçi”ni qəlbən sevən insanlara ehtiyac var. Təbii ki, inkişaf layihəsi də mütləqdir.
“Neftçi” Azərbaycanın flaqmanıdır, yeriyüksək pillələr olmalıdır”.
Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan Georgievski hazırda II Liqa təmsilçisi “Kojuf”un baş məşqçisidir.
HƏBİB