
“Mançester Siti” “Qalatasaray”da çıxış edən yarımmüdafiəçi Qabriel Saranı transfer etmək imkanını dəyərləndirir.
Sportinfo.az UOL nəşrinə istinadən xəbər verir ki, hələlik rəsmi danışıqlara başlanmayıb, ancaq braziliyalı "şəhərlilər” tərəfindən yaxından izlənilir.
25 yaşlı yarımmüdafiəçi “Qalatasaray”a 2018-ci ildə, “Norviç”dən 18 milyon avroya transfer olunub. O, cari mövsümdə 41 oyunda meydana çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
Saranın komandası hazırda Türkiyə Super Liqasında turnir cədvəlinə başçılıq edir və çempionatın bitməsinə 5 tur qalmış “Fənərbaxça”nı 5 xal geridə qoyur.