“Dostluq Kuboku” keçiriləcək - Üç komanda arasında

3 May 2025 03:00 Hadisə 580
“Dostluq Kuboku” keçiriləcək - Üç komanda arasında

AFFA-nın təşkilatçılığı ilə uşaq evlərinin 10-12 və 13-15 yaş arası oğlan və qızlardan ibarət komandaları arasında “Dostluq Kuboku” minifutbol turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, mayın 4-də Bakı Tennis Akademiyasının meydançasında baş tutacaq tədbirdə Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evləri sosial xidmət müəssisələrində yaşayan uşaqlardan ibarət komandalar iştirak edəcəklər.

Hər iki yaş qrupu üzrə 3 komanda – “Şahinlər”, “Birlik” və “Zəfər” mübarizə aparacaq.

Turnirin keçirilməsində əsas məqsəd uşaq evlərində yaşayan uşaqların komanda ruhunun və sosial bacarıqların inkişaf etdirilməsi, sağlam həyat tərzinin və fiziki fəallığın təbliği, uşaqlara müsbət emosiyalar, motivasiya bəxş etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi