
"Sabah" uğurla uğursuzluğun tam ortasında, neytral bir yerdə dayanıb”.
Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin daimi eksperti Emin Abbasova aiddir.
O, vaxtilə idman direktoru postunu tutduğu Masazır klubunun cari mövsümdəki çıxışını qiymətləndirib.
Bildirib ki, “bayquşlar”ın xilası ölkə kubokundan asılıdır.
Qeyd edib ki, komanda sezonu bu titulla başa vurmağı bacarsa, ümumi mənzərə tamamilə fərqli olacaq. Həmçinin Vasili Berezutskinin fəaliyyəti müsbət qiymətləndiriləcək.
Abbasov vurğulayıb ki, rusiyalı baş məşqçi finalda “Qarabağ”a qalib gəlmək məqsədinə çatmasa, dəyərlənmənin istiqaməti dəyişəcək.
Sabiq klub funksioneri xatırladıb ki, qəsəbə təmsilçisi ötən mövsüm də çox çətinliklə avrokuboklara vəsiqə qazanıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN