Xanımı Kadi haqda elə sözlər işlətdi ki... FOTOLAR

2 May 20:20 Qarabağ 830
Xanımı Kadi haqda elə sözlər işlətdi ki... FOTOLAR

Bu gün “Qarabağ”ın futbolçusu Kadi Borxesin doğum günüdür.

Sportinfo.az xəbər verir ki, bununla bağlı onun xanımı Samara Qonçalveş instaqram hesabında paylaşım edib.

O, paylaşımına bu sözləri yazıb: “Bu gün ailəmiz üçün xüsusi bir gündür. Kadinin daha bir doğum gününü qeyd edirik.

Mən hər zaman demişəm və yenə də deyirəm ki, ailəmiz üçün etdiyin hər şeyə görə və mənə bir hədiyyə verdiyinə (övladını nəzərdə tutur) görə minnətdaram.

Yanımızdakı unudulmaz anlara, hörmətə, sevgiyə, anlayışa görə...Allah sənə uzun ömür versin və səni bütün bəlalardan qorusun.

Sən mənim sütunum, rahatlığım və evimin kişisisən. Qoy həmişə daha irəli gedəsən, yaşadığın ən yaxşı şeylərə layiqsən. Cəhdlərin heç zaman boşa getməsin. Biz səni sevirik. Ad günün mübarək, sevgilim”.

Kadi Borgesin bu gün 29 yaşı tamam olur.

xanimi-kadini-bele-tebrik-etdi



Digər Xəbərlər
Xəbər Lenti