
“Dünyada elə bir komanda tanımıram ki, ilboyu eyni tempi saxlaya bilsin”.
Bu sözləri Sportinfo.az-a açıqlanasında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Monteneqrolu legioner “son oyunlarda çoxlu qol vurduğunuzu nəzərə alsaq, əsl “Qarabağ”ın qayıtdığını deyə bilərikmik” sualına cavabında aşağıdakıları syöləyib:
“Komandanız mövsüm ərzində bəzən qeyri-sabit təsir bağışlayırdı, gözlənilməz xal itkilərimiz olmuşdu. əlbəttə, hər bir komandanın eniş və yüksəliş dövrü olur.
Önəmli olan hədəfə çatmaqdır. Cari mövsümdə Avropa Liqasının əsas mərhələsinə yüksəldik, ölkə kubokunun finalına vəsiqə qazandıq, çempionluğun bir addımlığındayıq.
Bu, doğru yolda olduğumuzu göstərir.
Razıyam, bəzi matçlarda imkanlarımızdan aşağı səviyyədə oynamışıq. Fikrimcə, bu, normal haldır”.