
“Müqavilənin vaxtı qurtarsın, həmin vaxt danışarıq, inşallah”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın legioneri Yassin Benzia deyib.
Əlcəzair millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin “Burada xoşbəxtsən və qalmaq istəyirsənmi” sualına cavabı belə oldu:
“Əlbəttə, xoşbəxtəm. Ancaq futbolda sabah nə olacağını heç kim bilmir.
Ona görə də uzaqgörənlik etməyi sevmirəm. Gəlin, bir qədər də gözləyək”.
2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən Benzia bu müddətdə bütün yarışlarda şans qazandığı 94 oyunda 25 qol və 25 assistlə yadda qalıb.