"O, bu klubu “Qarabağ”a dəyişməsinə sevinməlidir"

30 Aprel 23:20 Qarabağ 368
"O, bu klubu “Qarabağ”a dəyişməsinə sevinməlidir"

“Qarabağ”ın Azərbaycan Premyer Liqasında 2024-25 mövsümünün çempionu olması Polşa mətbuatının diqqətindən yayınmayıb.

Sportinfo.az xəbər verir ki, yerli KİV Mateuş Koxalskinin uğuruna xüsusi yer ayırıb.

Həmlarlarımız Ağdam təmsilçisinin çempionluğunda ən çox pay sahibi olan qapıçı kimi məhz həmyerlilərini göstəriblər.

Bildirilib ki, komandanın əksər vacib qarşılaşmalarında məhz 24 yaşlı Koxalski qapıda dayanıb:

“Koxalski mövsümün əvvəlində “Stal”ı “Qarabağ”a dəyişməyinə sevinməlidir. Çünki legioner kimi debüt mövsümündə çempionluq tituluna yiyələndi.

Mateuş çempionatın həlledici matçlarında komandasının vacib fiqurlarından biri oldu.

Təsadüfi deyil ki, çərçivədə durduğu 14 görüşün 8-də qapısını toxunulmaz saxlayıb və cəmi 6 top buraxıb”.

32-ci turda “Sabah”la heç-heçə edən “Qarabağ” (1:1) mövsümün sonuna 4 tur qalmış tarixinin 12-ci çempionluğunu rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!