
“Qara piar”ın mənbəyi ilə bağlı məsələyə indiki məqamda münasibət bildirə bilməyəcəm”.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev belə deyib.
Musavat.com-un əməkdaşının “son dönəmlər Qurban Qurbanov niyə hədəf seçilib” sualına cavab olaraq o bildirib ki, bu yöndə belə hadisələr həmişə olub:
“Həm Qurban Qurbanovun, həm də komandamızın istiqaməti bəllidir. Biz fikrimizi futbola yönləndirmişik.
İlk mövsümlük əsas hədəflərdən birinə çatmışıq. Komandamız çempion olub.
Növbəti hədəfimiz Azərbaycan kubokunun qalibi olmaqdır. Bütün fikrimizi buna yönləndirmişik.
Çalışırıq kənar məsələlərlə özümüzü yormayaq. Fikrimiz futboldadır - həm Qurban Qurbanovun, həm futbolçuların, həm də idarəçilərin.
Nəticələr göz önündədir”.