"Qarabağ"ı himayəyə edən holdinqə yeni rəhbər təyin olundu

00:50 Qarabağ 157
"Qarabağ"ı himayəyə edən holdinqə yeni rəhbər təyin olundu

“Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən, Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən, “Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib.

2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

2001-ci ildən başlayaraq “Qarabağ” Futbol Klubunun baş sponsoru, son illər isə tam sahibi “Azersun Holdinq”dir.

Digər Xəbərlər
Xəbər Lenti