"Qarabağ"a çempionluq kuboku təqdim olunacaq - Bu oyundan sonra

2 May 02:20 Qarabağ 695
"Qarabağ"a çempionluq kuboku təqdim olunacaq - Bu oyundan sonra

"Qarabağ" 2024/25 mövsümü Premyer Liqanın qalibi adını təmin edən "Qarabağ"a çempionluq kubokunun və qızıl medalların veriləcəyi vaxt müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qol.az-ın əldə etdiyi xəbərə görə, mükafatlar Ağdam klubuna Premyer Liqanın 35-ci turunun matçından sonra təqdim ediləcək.

Həmin turda Qurban Qurbanovun komandası "Azərsun Arena"da "Kəpəz"i qəbul edəcək. Bu, onların cari mövsümdə sonuncu ev matçı olacaq.

"Qarabağ" - "Kəpəz" oyunu mayın 16-18-i arasına təsadüf edəcək. Hələlik dəqiq tarix təsdiqlənməyib.

Oyundan sonra AFFA və PFL rəhbərliyi "Qarabağ"a çempionluq kuboku və qızıl medalları təqdim edəcək. Artıq bununla əlaqədar hazırlıq işlərinə başlanıb.

"Qarabağ" Premyer Liqa mövsümündə sonuncu matçını isə 36-cı turda səfərdə "Şamaxı"ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti