“Qurban Qurbanov bilir ki, mən bir prezident olaraq daim onun arxasındayam”

29 Aprel 08:50 Qarabağ 436
“Qurban Qurbanov bilir ki, mən bir prezident olaraq daim onun arxasındayam”

“Qarabağ” Premyer Liqada finişə dörd tur qalmış növbəti çempionluğunu təmin edib.

Sportinfo.az xəbər verir ki, "Sabah"la oyundan (1:1) sonra klubun prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

"Qarabağ"ın rəhbəri gözəl və baxımlı oyun izlədiklərini vurğulayıb:

"Hesab bərabərləşəndə bir az həyəcan keçirdik. “Sabah” da çox gözəl kollektivdir.

Kubokun finalında da möhtəşəm bir oyun gözləyirəm. Bilirəm ki, “Sabah” ora çox güclü gələcək. Çünkü onlar üçün avrokuboklara yollanmaq baxımından yeganə yol budur”.

Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovla çox gözəl anlaşdıqlarını bildirib: “Sabah”la kubok oyunundan sonra baş məşqçimizlə görüşüm olacaq.

Onunla yeni transferlərlə bağlı müzakirələr aparacağıq. Qurban müəllim də bilir ki, mən bir prezident olaraq daim onun arxasındayam.

Çempionlar Liqasında çıxış etməyimiz sevindirici haldır. Püşkün nəticəsini gözləyəcəyik. Ötən il də gördüyünüz kimi, çox çətin rəqiblər düşmüşdü. Gözləyək, görək bu il kimlərlə qarşılaşacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!