
Leroy Sanenin “Bayern”lə mövsümün sonunda başa çatacaq müqaviləsinin müddəti hələ də uzadılmayıb.
Almaniyalı yarımmüdafiəçi Münhendə qalmaq niyyətindədir. O, artıq “Arsenal” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun təkliflərini rədd edib.
Sportinfo.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray” da 29 yaşlı oyunçunu transfer etmək istəyir.
“Bayern” Saneylə müqavilənin müddətinin uzadılması üçün danışıqları davam etdirir. Hər şey plana uyğun getsə, tərəflər müddəti 2028-ci ilə qədər olan yeni sözləşmə imzalayacaqlar.
Bu mövsüm Sanenin aktivində bütün turnirlərdə keçirdiyi 42 oyunda 12 qol və 5 məhsuldar ötürmə var.