Bu ölkənin kubokunu başı üzərinə qaldırmaq Əliyevə müəssər olmadı

3 May 2025 02:40 Bizimkilər 567
Bu ölkənin kubokunu başı üzərinə qaldırmaq Əliyevə müəssər olmadı

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi "Eqnatiya" Albaniya kubokunda final matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Rroqojine təmsilçisi həlledici matçda Tirana “Dinamo”su ilə qarşılaşıb.

"Elbasan Arena"da keçirilən görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib.

Burada "Dinamo" daha dəqiq davranıb və ölkə kubokunu qazanıb - 5:4.

Zamiq də bu oyunda iştirak edib. 24 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

"Dinamo" - "Eqnatiya" - 2:2 (Penaltilər seriyası - 5:4)

Qollar: Qindo,45+3, Bakayoko, 90+5 - İtodo, 17, 61

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu