AFFA mənsubu Premyer Liqaya görə müraciət edən klublarla bağlı nə dedi?

2 May 02:50 Azərbaycan Futbolu 914
AFFA mənsubu Premyer Liqaya görə müraciət edən klublarla bağlı nə dedi?

“Əlavə edilən bir-iki meyar istisna olmaqla, builki lisenziya qaydalarında ciddi dəyişiklik nəzərdə tutulmayıb”.

Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib.

O, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması ilə bağlı son duruma aydınlıq gətirib. Məmmədov bildirib ki, hazırda proses yekunlaşmaq üzrədir:

“Demək olar ki, işlərin böyük bir qismi tamamlanıb. Son maliyyə sənədləri gəlir. Hazırda klublar sözügedən xırda çatışmazlıqlar üzərində işləyirlər”.

Qrup rəhbəri bildirib ki, I liqada çıxış edən klublar da lisenziyalaşdırma prosesində aktiv iştirak edir:

“Artıq müəyyən təcrübə formalaşdığı üçün bu sistemi yaxşı anlayır, prosesə daha məsuliyyətlə yanaşırlar. I liqada yer alan 10 klubun hamısı öz yerini qorumaq üçün lizensiyalaşdırmaya müraciət edib.

Premyer Liqaya müraciət edənlərlə bağlı isə say və məlumatları iclas günü açıqlayacağıq”.

AFFA-nın Lisenziya Komissiyasının iclası mayın 8-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti