
“Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasından sonra “köhlən atlar”ın azarkeşləri forma növbəsinə dayanmışdı.
3:0 hesablı qələbə onlar üçün əsl hədiyyə idisə, hansısa futbolçunun futbolkasına sahib olmağı əlavə ənam kimi qəbul etmək həvəsinə düşmələri anlaşılan idi.
Meydanı tərk edib paltardəyişmə otağına üz tutan topçuların bir neçə üzvünün – Bəhlul Mustafazadə, Yassin Benzia, Elvin Cəfərquliyevin adını səsləndirən qadınlar və yeniyetmələrin arzusu ürəyində qaldı.
Düşünmək olardı ki, geyim dəstləri məhdud sayda paylanır deyə, oyundan sonra azarkeşləri sevindirmək futbolçuların əlində deyil.
Ancaq yox.
Başını qaldırıb tribunaya baxan Kevin Medina qadın tərəfdarı görüncə, əynindəki formanı çıxarıb ona hədiyyə etdi. Digərləri isə özünü eşitməməzliyə vurub, azarkeşlərə göstərdikləri sevgiyə görə Allahın “çox sağ ol”unu da demədilər.
HƏBİB / SPORTİNFO.AZ
Həmin anların görüntülərini təqdim edirik.