
“Azərbaycan çempionluğu o qədər adiləşib ki, sanki “Qarabağ” üçün elə belə də olmalıdır.
Ona görə də bu, tribunada olan azsaylı azarkeşlərə həyəcan vermir.
Bir “Liverpul”un çempionluğunun sevincinə baxırsan, bir də dönüb “Qarabağ”ın...
Bəlkə də Ağdam klubunun azarkeşləri üçün kubokda çempionluq o həyəcanı artıra bilər. Çünki daxili çempionatda çox ciddi səviyyə fərqi var.
Belə çempionatda çempionluq sevinci elə belə də olacaq. Qışdan sonra “Qarabağ” çempionluq ab-havasını iliklərinə qədər hiss edir”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səslənidirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə Azərbaycan Premyer Liqasında rəqabət mövzusunu qabardıb, rəqabətsizliyin azarkeşlərdə o qədər də ciddi həyəcan yaşatmadığını deyib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN