"Bu barədə çox düşünməmişəm" - "Qarabağ"lı MÜSAHİB

19:00 Qarabağ 212
"Bu barədə çox düşünməmişəm" - "Qarabağ"lı MÜSAHİB

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Premyer Liqanın 32-ci turunda "Sabah"la bərabərə bitən (1:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq 12-ci çempionluğu şərh edib.

- Çempion olmaq hər zaman xoşdur. İl ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Komanda olaraq şadıq. Növbəti mövsümlər də bunu davam etdirmək istəyirik.

- "Sabah"la növbəti dəfə ölkə kubokunun finalında üz-üzə gələcəksiniz...

- Finalda şanslar 50-50-yə olur. Məqsədimiz finalda qalib gəlib qızıl dubl etməkdir. "Sabah"la oyuna qədər vaxtımız var. Maksimum şəkildə oyuna hazırlaşacağıq.

- Mövsüm sona yaxınlaşır. Yeni sezondan legioner limiti qüvvədən düşəcək. Yerli futbolçuların taleyi necə olacaq?

- Bu barədə çox düşünməmişəm. Milli komandan faktorunu nəzərə alsaq, çətin olacağını təxmin etmək çətin deyil. Digər tərəfdən qərar yerli futbolçuları motivasiya edəcək ki, heyətə düşmək üçün daha artıq çalışaq. Əvvəllər limitə görə müəyyən rahatlıq bəlkə də ola bilərdi. Amma indi daha çətin olacaq. Bununla da futbolçulara müsbət təsiri də ola bilər.

- Premyer Liqada hədəfə çatdınız. Son 4 turda sizi nə motivasiya edəcək?

- Çempionlar Liqasında iştirak edəcəyik. Ora hazırlıq planının bir tərkib hissəsi ola bilər. Fərqli sistem, gedişlər yoxlana bilər. Qarşıdan final gəlir. Ona hazır olmalıyıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti