“Qarabağ” daha iki mümkün rəqibini tanıdı - Çempionlar Liqasında

09:20 Çempionlar Liqası 1 197
“Qarabağ” daha iki mümkün rəqibini tanıdı - Çempionlar Liqasında

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, “Kayrat” (Qazaxıstan) və “Differdanj”ın (Lüksemburq) püşkatmada hansı səbətdə yer alacaqları dəqiqləşib.

Hər iki komanda səpələnməmişlər sırasında olacaq. Bu üzdən də bu klublar Azərbaycan çempionunun mümkün rəqibləri siyahısına daxil olub.

Qurban Qurbanovun yetirmələri səpələnmişlər səbətində qərarlaşıb. 32 klubun qatılacağı I təsnifat mərhələsində təmsilçimizin 16 mümkün rəqibi olacaq.

“Kayrat” və “Differdanj”a qədər “İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus”un (San Marino) da səpələnməmiş olacağı dəqiqləşib.

İlk təsnifat mərhələsinin püşkatması iyunun 17-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti