Qurban Qurbanovun əlini sıxmadığı “Qarabağ”lı hər şeyə "Sportinfo"da aydınlıq gətirdi!

29 Aprel 17:40 Qarabağ 1 499
Qurban Qurbanovun əlini sıxmadığı “Qarabağ”lı  hər şeyə "Sportinfo"da aydınlıq gətirdi!

Mövsümün sonu "Qarabağ"dan ayrılacaq futbolçuların sırasında Bəhlul Mustafazadənin də adı çəkilir.

Yeni məvsüm legioner limiti olmadığı üçün Ağdam təmsilçisinin təcrübəli müdafiəçinin yerinə əcnəbi oyunçu gətirəcəyi iddia olunur.

Sportinfo.az-a açıqlama verən Mustafazadə barəsində yayılan iddialara aydınlıq gətirib:

"Açığı belə bir şey yoxdur. Mətbuatda bəzən mən də belə xəbərləri görürəm. Hazırda klubla müqaviləm var. Və bu barədə heç bir söhbət olmayıb.

Belə xəbərlərin çıxması oyunuma təsir etmir. Oxuduğum zaman ciddiyə almıram. Çünki özümdə belə məlumat olmadığı üçün istənilən yazılar o qədər də önəm kəsb etmir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!