
“Sportinfo TV”də yayımlanan “Futbol manşet”in növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişdə “Qarabağ”ın transfer siyasətinə toxunulub, yeni mövsüm öncəsi çatışmazlıqlar diqqətə çatdırılıb.
Xüsusilə yarımmüdafiə və hücum fazasında çətinliklərin olduğunu deyən ekspertlər maraqlı müqayisələrlə diqqət çəkiblər.
“Yeni mövsüm “Qarabağ”a bir mərkəz müdafiəçi, bir yarımmüdafiəçi və hücumçu mütləq lazımdır. Hazırda komandanın klassik “6 nömrə”si yoxdur.
Julio Romaodan sonrakı dönəm üçün yaxşı əvəzləyici istəyirsənsə ondan daha yaxşısını gətirməlisən. Marko Yankoviçi oynada bilmirsən, çünki tam başqa profilli oyunçudur.
Patrik Andrade isə dağıdıcı deyil, daha çox oyun qurucusu keyfiyyətləri üstün olan futbolçudur. Hücum fazasında qalmağı, oralarda oynamağı sevir.
Hücumçuların gerisindən oyun qurmağa daha çox üstünlük verir, uzaqdan zərbələri də aşağı-yuxarı eyni səviyyədədir.
“Partizan”dan qayıtdıqdan sonra isə “6” nömrə oynamağa başladı, amma Romaonun əvəzləyicisi olmaqdan başqa çarəsi qalmadı.
Hazırda həmin mövqe dünyada ən önəmli mövqelərdən biri sayılır. Məsələn, Rodri bir mövsüm olmadı, “Mançester Siti” çarəsiz qaldı” - deyə, tanınmış jurnalistlər vurğulayıblar.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN