"Qarabağ"a yox, "Beşiktaş"a?

13 May 2020 09:14 Qarabağ 851
"Qarabağ"a yox, "Beşiktaş"a?

"Milan"ın qapıçısı, müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviç "Beşiktaş"ın transfer hədəfindədir.

Sportinfo.az nezavisne.com-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı qolkiperi icarəyə götürmək fikrindədir.

Bosniyalının yaxınları məlumatı təsdiq edib: "Təklif olsa da, müqavilə üçün uzun yol var. Beqoviç hazırda İtaliya A Seriyasında vəziyyətin necə olacağını düşünür.

O, Türkiyədən gələn təklifin uyğun olub-olmadığını, şərtlərin nə olduğunu bilməli və qərarını verməlidir. Onun icarəyə veriləcəyini və ya birdəfəlik transfer olacağını bilməliyik. "Beşiktaş" Asmirlə ilk dəfə maraqlanmır".

Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib. "Bornmut" təcrübəli simanı qış fasiləsində "Milan"a icarəyə verib.

Digər Xəbərlər
Xəbər Lenti