Ən gözəl 5 qolundan birini "Qarabağ"a vuran dünya ulduzu - VİDEO

9 Aprel 2020 17:42 Qarabağ 800
Ən gözəl 5 qolundan birini "Qarabağ"a vuran dünya ulduzu - VİDEO

Meksika millisinin hücumçusu Xavyer Ernandesin Avropa karyerasında vurduğu ən gözəl 5 qol seçilib.

Çiçaritonun məyus etdiyi komandalar arasında "Qarabağ" da olub.

10 il əvvəl "Quadalaxara"nı "Mançester Yunayted"ə dəyişərək, Avropa macərasına start verən 32 yaşlı forvard bu il "Los Anceles Qalaksi" üçün ABŞ-a köçüb.

"Köhnə dünya"dakı son klubu "Sevilya"da çox qalmayan Çiçaritonun cari mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı qarşılaşmada cərimə zərbəsindən vurduğu top qitədəki ən gözəl 3-cü qolu seçilib.

Ötən il sentyabrın 19-da keçirilən "Qarabağ" - "Sevilya" qarşılaşması qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu