"Qarabağ"ın qapıçısı cinayətkarlıqla bağlı FİLM ÇƏKDİ

25 Mart 2020 22:40 Qarabağ 540
"Qarabağ"ın qapıçısı cinayətkarlıqla bağlı FİLM ÇƏKDİ

"Qarabağ"ın keçmiş qapıçısı Hannes Halldorsson "Leyniloqqa" ("Məxfi işarə") filmi üzərində işi yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, filmdə ölkəsindəki mütəşəkkil cinayətkarlıqla və öz hissləri ilə mübarizə aparan biseksual oriyentasiyalı polisdən bəhs olunur.

Tammetrajlı film çəkmək islandiyalı qolkiperin hədəflərindən biri olub. Çünki aktiv oyunçu kimi onun cəmi 2 gün boş vaxtı olub. Həmin müddəti isə Halldorsson yalnız reklam çəkilişlərinə həsr edə bilib. Daha sonra 36 yaşlı qapıçı məşqlərə qoşulub.

Hannes Halldorsson "Qarabağ"da 2018/2019 mövsümünün birinci yarısında forma geyinib. Hazırda o, İslandiyada "Valür" klubunda çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu