“Qarabağ”da dəyişiklik oldu

25 Mart 18:06 Qarabağ 704
“Qarabağ”da dəyişiklik oldu

UEFA klubların reytinq cədvəlini yeniləyib.

Sportinfo.az xəbər verir ki, son illərdə Azərbaycanın avrokuboklardakı tək təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub.

Ağdam təmsilçisi avrokubok görüşlərinin ardından bir pillə geriləyib. “Köhlən atlar” bundan öncə 21 min xalla 71-ci sırada idi. Ancaq “Başakşəhər” Avroliqanın 1/8 final mərhələsində “Kopenhagen”i məğlub etməsinin ardından (1:0) xallarının sayını 21 min 500-ə çatdırıb.

Bununla da İstanbul təmsilçisi 71-ci pilləyə yüksəlib. “Qarabağ” isə 72-ci sıraya geriləyib. Təmsilçimizlə eyni xalda olan PAOK komandası isə 73-cü pillədədir. Siyahıya aktivində 130 min xal olan “Real” başçılıq edir.

Xəbər Lenti