Rusiya telekanalı “Qarabağ”ı tanımır?

7 Dekabr 2019 10:10 Qarabağ 1 683
Rusiya telekanalı “Qarabağ”ı tanımır?

“Qarabağ” istənilən halda Avropa Liqasında mübarizəni dayandıracaq. “Düdelanj”la son oyun heç nəyi həll etmir. Növbəti mərhələdə “Sevilya” ilə APOEL oynayacaq".

Sportinfo.az xəbər verir ki, bu haqda danışan Rusiyanın “Futbol 1” telekanalı “Qarabağ”ın adını təhrif edib. Jurnalist bizim komanda barədə danışarkən “Bakının “Qarabağ” klubu məğlub oldu” cümləsini işlədib.

Görünür, “Rusiya 1” telekanalının əməkdaşı təmsilçimizin Ağdam klubu olduğunu bilmirmiş. Ola bilər ki, “Qarabağ”ın öz meydanındakı oyunları Bakıda keçirməsi də bu məsələdə rol oynayıb.

“Qarabağ” Ağdamda – Quzanlı stadionunda sonuncu dəfə 2013-cü ildə meydana çıxıb. Klub o vaxtdan bəri bütün yarışlardakı ev görüşlərini Bakıda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır