"Qarabağ" ilin son matçında niyə belə etdi? - FOTOLAR

7 Dekabr 2019 00:28 Qarabağ 931
"Qarabağ" ilin son matçında niyə belə etdi? - FOTOLAR

Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turuna start verilib. Sportinfo.az xəbər verir ki, ikinci dövrənin axırıncı həftəsinin açılış matçında lider "Qarabağ" ən yaxın izləyicisi "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Dani Kintana fərqlənsə də, 40-cı dəqiqədə Hacıağa Hacılı topu öz qapılarından keçirib.

Bundan 5 dəqiqə sonra Mahir Emreli yenidən Ağdam təmsilçisini önə çıxarıb. Fasilədən qayıdandan 2 dəqiqə sonra Tural Bayramlı hesabda tarazılıq yaradıb və yekun nəticəni müəyyənləşdirib - 2:2. Bu heç-heçədən sonra "Qarabağ" xalını 31-ə, "Keşlə" isə 23-ə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş