"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab matçında sıradan çıxan hücumçusu Kamilo Duranın zədəsi cox ciddi deyil.
Kolumbiyalı kollektivlə ümumi məşqdə iştirak edib.
Onun bu gün "Sabah"la Premyer Liqa matçında iştirakı gözlənilir.
Cənubi amerikalı legioneri müayinə edən həkimlər məşqçilər korpusuna müsbət rəy verib.
Kamilo Duran "Nyukasl"la İngiltərədə keçirilən cavab matçının ikinci hissəsində zədələnərək oyunu davam etdirə bilməmişdi. Onun uzun müddətə sıradan çıxa biıəcəyi də ehtimal olunurdu.
24 yaşlı forvard cari mövsüm "Qarabağ"ın heyətində 31 matça çıxıb, 7 qol vurub və 4 qolun ötürməsini verib.
SPORTİNFO.AZ

