“Bilirəm ki, qalib gəlməliyik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın kapitanı Abdullah Zubirə aiddir.
Fransalı vinger qarşıdan gələn Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah”la görüşü düşünəcəklərini qeyd edib:
“Hazırda liqada rəqiblərimizlə mübarizə aparırıq və ikinci pillədəyik. Qələbə qazanmağa çalışacağıq.
Lakin rəqibimiz də çox güclü və çətin komandadır. Böyük bir oyun olacaq.
Ümid edirəm ki, oyuna yaxşı hazırlaşıb, tam hazır vəziyyətdə çıxacağıq”.

