"Barselona" və "Sportinq"dən sonra gəlir - “Qarabağ”

28 Fevral 23:20 Qarabağ 159
"Barselona" və "Sportinq"dən sonra gəlir - “Qarabağ”

"Qarabağ" mübarizəni dayandırdığı Çempionlar Liqasında bir sıra statistik göstəricilərdə liderlər sırasındadır.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin hücum effektivliyi Avropanın nəhəngləri ilə bir sırada yer alıb.

Keçirilən 10 oyunda gözlənilən qol göstəricisini (10.92 xG) üstələyərək 16 qol vuran Azərbaycan çempionu, 5.08-lik müsbət fərqlə "Goals vs xG" siyahısında "Barselona" və "Sportinq"dən sonra 3-cü pillədə qərarlaşıb.

"Köhlən atlar" topa sahib olma və ötürmə dinamikasında göstəricisi üzrə 18.6% ilə "Napoli" (18.1%) və "Bavariya" (18.0%) kimi klubları qabaqlayaraq siyahıda birinci olub.

Bu rəqəm komandanın oyun qurarkən təzyiqdən çıxmaq və topa nəzarəti qorumaq üçün arxa xətt oyunçularından daha aktiv istifadə etdiyini göstərir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Fevral 18:10 Çək və bizə göndər!