Gün gələcək, "Qarabağ" onları çırpacaq...

03:00 Qarabağ 66
Gün gələcək, "Qarabağ" onları çırpacaq...

"Qarabağ"ın "Nyukasl"la səfər oyunu çox möhtəşəm keçdi.

Uduzsaq da Qurbanovun ayğır atları sonadək ingilislərə master klass göstərdi.

Qəm eləməyə dəyməz. Uduza-uduza böyüyürük. Bir gürcü filmi var, təəssüf ki, adı yadımda deyil. İki nəfər bir qzı sevir, biri pəhləvan cüssəlidi, o biri isə mənim kimi cılız.

Pəhləvan cüssəli mənim kimi cılızı harda tutursa döyür. Axırda cılız o qədər məşq edir ki, pəhləvan cüssəlini eşşək sudan gəlincə döyür. Pəhləvan cüssəli qaçıb canını qurtarmaq istəyir.

İndi "Qarabağ" da gün gələcək dəyəri milyard dollarlıq olan klubları o gürcü filmindəki mənim kimi cılız oğlan kimi çırpacaq.

Və "Nyukasl"la oyunda 3:2 məğlub olsa da Avropaya, eləcə də dünyaya göstərdi ki, Azərbaycanda da futbol var və "Qarabağ" kimi bir komanda var.

Uğurlar, "Qarabağ"!

Aqil Abbas

Gün gələcək, "Qarabağ" onları çırpacaq...

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 16:30 Çək və bizə göndər!