“Qarabağ”ın oyunçusu zəng gözləyir: “Hər şeyin zamanı var, tələsmirəm”

01:50 Qarabağ 95
“Qarabağ”ın oyunçusu zəng gözləyir: “Hər şeyin zamanı var, tələsmirəm”

“Qarabağ”ın qanalı futbolçusu Emmanuel Addai ölkəsinin mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi milliyə çağırılmaq istədiyini bildirib.

O, ölkəsini təmsil etmək istədiyini də açıqlayıb:

“Qananı təmsil etmək istəyirəm, çünki ölkəmi çox sevirəm. Uşaqlıqda millimizin finallarda uduzduğunu izləyirdim və xalqıma sevinc gətirmək istəyirəm.

Xaricdə oynayan futbolçu kimi yox, Qana üçün mənalı işlər görən biri kimi xatırlanmaq arzusundayam. Amma heç kim bununla bağlı mənimlə əlaqə saxlamayıb.

Amma inanıram ki, çıxışlarımı görüblər. Hər şeyin öz zamanı var, mən tələsmirəm”.

E.Addai bəyəndiyi futbolçu və komandanın adını da söyləyib:

“Bəyəndiyim futbolçu Belçika yığmasının və “Çelsi”nin keçmiş ulduzu Eden Azar olub. Ona baxıb öyrənməyə çalışmışam.

Braziliyalı Ronaldo da sevdiyim oyunçulardan idi. Məhəmməd Salah və Sadio Manedən də nəsə öyrənmişəm”.

Emmanel Addai 2024-cü ildən “Qarabağ”ın formasını geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 16:30 Çək və bizə göndər!