Gözünü daxili liqaya çevirən Qurban Qurbanovdan 4-cü… “Sabah”ın xeyir!

20:20 Qarabağ 223
Gözünü daxili liqaya çevirən Qurban Qurbanovdan 4-cü… “Sabah”ın xeyir!

Bazar günü Azərbaycan futbol ictimaiyyətinin gözü Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Lider “Sabah” 12 qat ölkə çempionu, son 4 mövsümdə ardıcıl olaraq qızıl medalları heç kimə güzəştə getməyən “Qarabağ”ın qonağı olacaq.

Hazırda “Sabah” Ağdam təmsilçisini 7 xal qabaqlayır. Lakin “Qarabağ”ın ehtiyatda bir oyunu – “Neftçi” ilə matçı var.

Bu qarşılaşmada bütün gözlər meydanda top qovacaq 22 futbolçu, baş məşqçilər – Qurban Qurbanov və Valdas Dambrauskasla yanaşı, bir komandanın da üzərində olacaq – hakimlər korpusunun.

Oyunun gərginliyini nəzərə alsaq, bu oyun hər iki komanda ilə yanaşı, hakimlər korpusu üçün də böyük sınaq olacaq. Azarkeşlər çox güman meydanda çalınacaq hər fiti, veriləcək hər qərarı diqqətlə izləyəcək.

Görüş FIFA referisi Tural Qurbanova həvalə olunub. Bəs gənc hakim bu oyunun öhdəsindən gələ bilərmi? Statistika “hə” deyir.

Çoxu Tural Qurbanovun ilk dəfə “Qarabağ” və “Sabah”ın oyununa təyin olunduğunu düşünsə də, əslində bu görüş onun 4-cü belə sınağı olacaq.

Tural Qurbanov əvvəl idarə etdiyi “Qarabağ” – “Sabah” duellərində hər komandanın bir dəfə qələbəsinin şahidi olub və bir görüş isə bərabərliklə nəticələnib. Tural Qurbanov bu oyunlarda hər hansı qalmaqallı qərarı ilə gündəmə gəlməyib.

Tural Qurbanovun bu günə kimi baş hakim olduğu bütün “Qarabağ” – “Sabah” oyunları:

Premyer Liqa, 2022/23 mövsümü
Sabah – Qarabağ 2:1

Premyer Liqa, 2023/24 mövsümü
Qarabağ – Sabah 2:0

Premyer Liqa, 2024/25 mövsümü
Qarabağ – Sabah 1:1

“Qarabağ” – “Sabah” oyunu martın 1-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

OSMAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti