“Mən Tanrıya minnətdaram, komandamızla fəxr edirəm”

12:40 Qarabağ 143
“Mən Tanrıya minnətdaram, komandamızla fəxr edirəm”

“Qarabağ”ın hücumçusu Kamilo Duran komandasının Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, bu yarışda 5 qol vurmağı bacarmış kolumbiyalı sosial şəbəkə hesabında paylaşım edib.

“Bu tarixi hadisənin bir hissəsi olduğum üçün Tanrıya minnətdaram. Dəstəklərinə görə azarkeşlərə, mesajlara görə isə hamıya təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandamızla fəxr edirəm”, - deyə, o, bildirib.

“Qarabağ” pley-off mərhələsində “Nyukasl”a hər iki oyunda (1:6, 2:3) uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!