"Qarabağ"ın zədələnən hücumçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.
Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununun (3:2) ikinci hissəsində sıradan çıxan kolumbiyalı artıq müayinə edilib.
Onun ayağından aldbğı xəsarətin elə də ciddi olmadığı aşkarlanıb.
Bud nahiyəsində bir qədər dartınma və gərginlik qeydə alınıb.
ÇL-də vurduğu 5 qolla yadda qalmış cənubi amerikalı forvardın tezliklə sıraya dönməsi gözlənilir.
Ola bilsin, martın 1-də «Saba»la keçiriləcək Premyer Liqanın 22-ci tur matçında onun adını iştirak ərizəsində də görək.
Əlbəttə, bu, bir qədər riskdir. Baş məşqçi Qurban Qurbanov həkimlərlə məsləhətləşəndən sonra yekun qərarını verəcək.
SPORTİNFO.AZ

