"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik"

00:40 Qarabağ 94
"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik"

Nəriman Axundzadənin ABŞ-yə yollanması vizadan çox, iş icazəsindən asılıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib.

O, Azərbaycan millisinin hücumçusunun sənədlərinin qaydaya düşməsini gözlədiklərini bildirib:

"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik. Bu işlə də onun çıxış edəcəyi "Kolambus Kryu" məşğul olur.

Yaxın günlərdə bu məsələ həllini tapmalıdır. Bu məsələ düzələndən sonra viza tez bir zamanda düzələcək. Viza mövzusu narahatlıq yaratmır".

Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -