“Qarabağ”ın qapıçısı özünü İngiltərə klublarına təklif etdi: “Onların transferim üçün…”

27 Fevral 00:30 Qarabağ 689
“Qarabağ”ın qapıçısı özünü İngiltərə klublarına təklif etdi: “Onların transferim üçün…”

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə mətbuatına maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra “The Sun” nəşrinə danışıb.

Polşalı kiperi özünü İngiltərə klublarına təklif edib:

“Mənim ən böyük arzum İngiltərədə oynamaqdır. Ümid edirəm ki, Premyer Liqa və Çempionşip klublarının skautları məni izləyib. Onların transferim üçün addım atacaqlarına inanıram”.

Mateuş Koxalski Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır - 45 dəfə.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA