Çempionlar Liqasının Liqa və pley-off mərhələsinin yekununa əsasən, “Qarabağ” və onun bəzi oyunçularının göstəriciləri diqqət çəkib.
Sportinfo.az-ın UEFA-nın statistik hesabatına istinadən yaydığı xəbərə görə, ən çox cərimə zərbəsi yerinə yetirən komanda “Qarabağ” olub - 148 dəfə.
Bu sıralamada “İnter” ikinci (145), “Benfika” üçüncüdü (144).
Kamilo Duran
Ağdam klubunun kolumbiyalı hücumçusu Kamio Duran bombardirlər siyahısındadır. O, 5 qolla daha 8 futbolçu ilə birgə 8-16-cı yerləri bolüşdürür.
“Qarabağ”dan ən çox kim ötürmə edib?
Azərbaycan çempionunun 4 oyunçusu ən çox ötürmə edən 100 futbolçu sırasına düşüb. Bu göstəricidə “Qarabağ”da lider mərkəz müdafiəçisi Kevin Medinadır - 10 oyuna 499 ötürmə (35-ci yer). Marko Yankoviç 456 ötürmə ilə 51-ci, Abdullah Zubir 420 ötürmə ilə 66-cı, Pedro Bikalyo 387 ötürmə ilə 87-ci yeri tutur.
Kevin Medina topu komandasına qaytarmada da fərqlənib: 74 dəfə (2-ci yer). Kolumbiyalı topu topu uzaqlaşdırmada isə 5-ci yerdədir - 55 dəfə.
Mateuş Koxalski
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski isə 45 qurtarışla 3-cü yerdə qərarlaşıb.

