“Mənə deyirlər ki,məgər sən Qurban Qurbanovdan ağıllısan?" - VİDEO

11:40 Qarabağ 206
“Mənə deyirlər ki,məgər sən Qurban Qurbanovdan ağıllısan?" - VİDEO

«Bəzən mənə deyirlər ki, sən Qurban Qurbanovdan ağıllısan?».

Bu sözləri "Sportinfo TV"nin eksperti Amit Quluzadə deyib.

"Futbol manşet" verlişində iştirak edən gənc məşqçi «Qarabağ»la bağlı söylədiyi fikirlərə görə tənqidi reaksiyalarla üzləşdiyini bildirib.

O, qeyd edib ki, avrokuboklarla Premyer Liqanı bir tutmaq olmaz, çünki bunlar tamamilə fərqli səviyyədir.

Quluzadə «Qarabağ»ın ölkədaxili yarışlarda dominant futbol oynamasını təbii saydığını vurğulayıb, bununla belə, təklifini səsləndirməkdən də çəkinməyib.

Ekspert əvvəlki mövqeyində qalıb, «köhlən atlar»a qitə arenasında bəzən öz fəlsəfəsindən imtina etməyi məsləhət görüb, bildirib ki, rəqibə uyğun taktika seçmək daha düzgün addım olar.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!